image-qanunla-reklam
image-1686805843_yangin

“Köhnə bazar”da 26 mağaza yanıb – VİDEO (YENİLƏNİB)

image-lady-day-az

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 5 ünvanında yerləşən bazar ərazisində baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. 

FHN-dən “Qanunla.az”a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 4000m² olan 174 mağazadan ibarət bazar ərazisində 26 ədəd geyim, xırdavat və təsərrüfat malları mağazalarının yanar konstruksiyaları 800m² sahədə və içərisində olan əşyalar yanıb. Bazar ərazisində olan digər bitişik mağaza və obyektlər yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində DYMX-nin Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi,Naftalan rayonlarının Yanğından Mühafizə hissələri və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 11 texnikası və 65 nəfər canlı qüvvəsi iştirak edib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə “Qanunla.az”a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki