image-qanunla-reklam
image-1632750328_3247c129-dd77-3434-b2b0-6f7982f390d8_850

İşbirliyinin təminatı

image-lady-day-az

İşbirliyinin təminatı

Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf etməkdədir, münasibətlərimizdə günü-gündən yeni parlaq səhifələr açılır. Siyasi, iqtisadi-ticarət əlaqələri, enerji, mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığımız maksimum səviyyəyə çatıb. Əlaqələrimizin bu səviyyəyə çatması, təbii ki, hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri sayəsindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir. Eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən də sərgilənir. Bu, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan həmrəyliyin və birliyin təcəssümüdür. Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqliyin bariz nümunəsidir. Bəyannamədəki bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün əlverişli imkan yaradır. Vətən müharibəsi dövründə qardaş ölkənin mənəvi və diplomatik dəstəyini unutmaq olmaz. Əks-hücum əməliyyatları başlayan ilk saatlardan cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türk xalqının bizi dəstəkləməsi sözün həqiqi mənasında təmənnasız qardaşlığın böyük təntənəsi idi. Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu, tarixə düşmüş böyük qardaşlığın əyani əlamətidir. Azərbaycan və Türkiyə şad gündə də, dar gündə də hər zaman bir-birinin yanındadır.  Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında iştirak etməsi, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, həmçinin Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılması dediklərimizin bir daha təsdiqidir. Və bu münasibətlər bütün dünyaya nümunə olacaq səviyyədədir. Bu il mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirildi. Belə bir mötəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidentinin iştirak etməsi, orada çıxış edərək hava limanının işinə uğurlar arzulamasını münasibətlərimizin inkişafı istiqamətində mühüm hadisələrdən biri kimi dəyərləndirərdim. Tədbirdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən danışan dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək Rize-Artvin Hava Limanının açılışında türk qardaşlarımızla bərabər olmaqdan məmnunluğunu ifadə etdi. İnanırıq ki, reallaşdırılan bütün bu səfərlər, görülən işlər əlaqələrimizi daha da dərinləşdirəcək, əməkdaşlığımızı möhkəmləndirəcək.

Eminova Şəhla- Zərdab şəhəri, Əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki