image-qanunla-reklam
image-1619295841-1569339307-543462-piyadani-vurdu-450x250

İki məktəblini avtomobil vurdu – Onlardan biri öldü

image-lady-day-az

Yevlax şəhərində iki piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az xəbər verir ki, “VAZ-21015” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.

Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki