Ermənistanda hökumətyönlü kanallar Ermənistanda gözlənilən çevrilişlə bağlı məlumat yayıblar.
“Qanunla.az” xəbər verir ki, bu barədə erməni teleqram kanalında məlumat yayılıb.
Hökumətyönlü kanalların “məlumatına” görə, bu barədə qərar Nikolun “Rusiya ilə müttəfiqlik Ermənistanın strateji səhvi kimi” bəyanatından sonra Moskva tərəfindən sanksiyalaşdırılıb. Bu qərarın icrası “Vaqner PMC”-yə “həvalə olunur”.
Bildirilir ki, Paşinyanın Rusiyanın strateji tərəfdaş kimi seçilməsinin səhv olması və Rusiya rəhbərliyini Qarabağ məsələsində razılaşmalara əməl etməməkdə ittiham etməsi ilə bağlı son bəyanatları Kremlin Ermənistanda dövlət çevrilişi ssenarisinə start verməsinə səbəb olub:
“Bu planın məqsədi ölkədə mövcud olan “Vaqner” yaraqlılarından istifadə etmək, Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu məsələdə Putin üçün “son damla” isə erməni-amerikan birgə hərbi təlimləri olub. Hazırda Ermənistanda vaqnerçilərin sayı 12 minə çatıb.
Qeyd edək ki, Yevgeni Priqojinin ölümü ərəfəsində Ermənistanda “Vaqner” özəl hərbi şirkətinə məxsus 3 minə yaxın döyüşçü olub. Bu yaxınlarda isə onlara (əsasən Rostovdan) 2 minə yaxın müqaviləli əsgər, əsasən də etnik ermənilər qoşulub.