image-qanunla-reklam
image-1664975280-ararat-mirzoyan-08-20-21

“Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil” – Mirzoyan

image-lady-day-az

Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki bunun üçün mandatı yoxdur.

“Qanunla.az” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

“Bəli, biz Qarabağ xalqından (Qarabağda yaşayan ermənilərdən – red.) onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia və buna cəhd də etmirik”, – deyə Mirzoyan qeyd edib.

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağda yaşayan ermənilərlə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki