image-qanunla-reklam
image-1697777822-63e83f8da49a363e83f8da49a4167616500563e83f8da49a163e83f8da49a2

“Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb” – ÜST

image-lady-day-az

Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub.

“Qanunla.az” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O deyib: “Biz bu xəstəliyə çoxdan qalib gəlməli idik, amma, əslində o, artır”.

ÜST rəhbəri qeyd edib ki, 2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayının 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il daha da pis olacaq.

“Hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir”, – deyə Qebreyesus əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki