image-qanunla-reklam
image-1694492494-human55

Azərbaycanın göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir

image-lady-day-az

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir.

“Qanunla.az” xəbər verir ki, bunu AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev bildirib.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bu artıq ayrı mövzudur. Bununla bağlı müzakirələr davam edir. Lakin deyə bilərik ki, Ağdam marşrutu açılıb”, – Mirzəyev vurğulayıb.

Mirzəyev onu da qeyd edib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən heyət Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdam-Xankəndi yolu ilə hərəkət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki