image-qanunla-reklam
image-1691178266-indir-1

ABŞ-nin bir çox ştatlarında səhiyyə xidmətləri dayandırıldı – SƏBƏB

image-lady-day-az

ABŞ-ın Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.

“Qanunla.az” xəbər verir ki,  xəstəxanalardakı kompüter sistemləri kiberhücum səbəbilə bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının yönləndirilməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub. Bir çox xəstə müalicə üçün başqa xəstəxanalara göndərilib.

Kiberhücumdan təsirlənən ABŞ-da yerləşən sağlamlıq mərkəzi Prospect Medical Holding tərəfindən edilən şərhdə, “Kiberhücum haqqında öyrəndikdən sonra onları qorumaq üçün sistemlərimizi oflayn vəziyyətə saldıq və kibertəhlükəsizlik mütəxəssislərinin köməyi ilə araşdırma başlatdıq. Araşdırmalarımız davam etdikcə, biz mümkün qədər tez normal əməliyyatlara qayıtmaq üçün səylə çalışırıq və diqqətimizi xəstələrimizin təcili ehtiyaclarını qarşılamağa yönəldirik”- deyə bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki