image-qanunla-reklam
image-1698388360_ria_8536987-pic905-895x505-31714

“Unikal bacarıqları bir yumruqda toplayın” – Putindən TAPŞIRIQ

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin Rusiya Nazirlər Kabinetinə kosmik sektorun inkişafı üçün milli layihənin hazırlanmasını tapşırıb. 

“Qanunla.az” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

Rusiya lideri, həmçinin pilotsuz uçuş sistemlərinin inkişafı üzrə uğurlu layihələrin hazırlanmasını da vurğulayıb:

“Əlbəttə, milli layihə bizə elmi və mühəndislik məktəblərimizin unikal səriştələrini, dövlətin və özəl biznesin resurslarını birləşdirməyə imkan verir. Buna görə də unikal bacarıqları bir yumruqda toplayın”, – deyə prezident raket-kosmik sənayenin inkişafına dair müşavirədə deyib.

Putin bildirib ki, Rusiya Orbital Stansiyasının (ROS) ilk modulu 2027-ci ildə orbitə buraxıla bilər. Onun sözlərinə görə, əsas məqsəd Beynəlxalq Kosmik Stansiyanın resurslarının tükənməsi səbəbindən insanlı kosmik uçuşlarda fasilələrin olmamasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki