image-qanunla-reklam
image-1698127613-sahra-gazze-2-209-body

Türkiyənin Qəzza xalqı üçün 2 səhra xəstəxanası quracaq

image-lady-day-az

Türkiyənin Qəzzada yaralananlara yardımı çərçivəsində bölgədə iki səhra xəstəxanası qurulacaq. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Türkyiə Səhiyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa Birliyinin baş direktoru Selami Kılıç deyib.

Onun sözlərinə görə, Türkiyədən Qəzzaya göndərilən dərman və tibbi ləvazimatları daşıyan ikinci təyyarə Misirin Əl-Ariş hava limanına enib. Kılıç bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq təşkilatlar və digər ölkələrin tələbləri hələ də yerinə yetirilməyib, ona görə də bölgəyə yalnız Türkiyə qrupları yardım çatdırır.

Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen Misir Səhiyyə Nazirliyinin rəsmiləri ilə görüşdüyünü bildirib: “Onlar da Qəzzalı qardaşlarımıza, xüsusilə də uşaqlara, xəstələrə dəstək olmaq üçün ortaq iradə nümayiş etdirdilər. Bu mövzuda bizimlə Misir arasında tam uyğunluq, əməkdaşlıq və həmrəylik var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki