Ümid edirik ki, Qərb ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyəcək.
Qanunla.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Polşa-Belarus sərhədindəki miqrant böhranı ilə bağlı danışarkən deyib.
“Qərb tərəfindən uzun müddətdir propaqanda edilən “yüksək həyat standartları yalnız Qərbdə mövcuddur” düşüncələrinizə görə məsuliyyət götürməyin vaxtıdır”, – deyə o bildirib.
Qeyd edək ki, hazırda Belarus-Polşa sərhədində 2 mindən çox miqrant cəmləşib.