image-qanunla-reklam
image-kamil-zeynallii

İrəvan Kamil Zeynallı ilə bağlı açıqlama yaydı

image-lady-day-az

Kamil Zeynallı Rusiyada saxlanmalı idi. Ermənistan ekstradisiya protokolunun tələb etdiyi sənədlər paketini hazırlayıb və Rusiya hüquq-mühafizə orqanlarına təhvil verəcək.

Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Zeynallı azadlığa buraxılsa da, xarici ölkələrə səfəri zamanı Ermənistan onun ekstradisiyası üçün lazımi tədbirləri davam etdirəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki