image-qanunla-reklam
image-bastion

Bu halda Ermənistan düşmənə böyük ziyan vurar – Rus ekspert

image-lady-day-az

Qərbdən birdəfəlik texnikanın alınması Ermənistanın müdafiə qabiliyyətini artırmayacaq və bu problemi həll etməyəcək. Odur ki, ümumi müdafiə konsepsiyasına ehtiyac var.

Qanunla.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyib.

O bildirib ki, Ukraynadakı xüsusi hərbi əməliyyat səbəbindən Rusiyanın müdafiə sənayesi Ermənistanın ehtiyac duyduğu hərbi sistemləri İrəvana verə bilmir. Lakin Ermənistanın silah və sursatla təmin edilməsi məsələsi müxtəlif yollarla həll oluna bilər:

“Məlum şəraitə görə Ermənistana tədarükdən danışmaq mümkün deyil. Amma Rusiyanın indi də Ermənistana yardımı davam etdirməsi təsdiqlənmiş faktdır. Üstəlik, Rusiya Ermənistana dost ölkələrdən silah almaq üçün müəyyən məbləğ ayıra bilər. Amma bütün bunlar açıq bəyanatlar deyil, məxfi danışıqlar məsələsidir”.

Ekspertin sözlərinə görə, ABŞ bir neçə dəfə Ermənistanın İrandan silah almasına dair sövdələşmələrə mane olub:

“Ermənistan Silahlı Qüvvələrinin NATO üslubunda qurulmasından danışmaqla, Fransa və ya digər Qərb ölkələrindən birdəfəlik sursat almaqla İrəvanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsini həll etmək mümkün deyil. Çünki lazım gələrsə, Azərbaycan və Türkiyə Qərbin bu silahlarının yerləşdiyi yerlərə qabaqlayıcı zərbə endirə bilər. Əgər Ermənistanın İsrail üslubunda total müdafiəsi olarsa və hər üçüncü şəxs kiçik pilotsuz təyyarələrə nəzarət edə bilərsə, o zaman silahlı münaqişədə Ermənistanın düşmənə böyük ziyan vurması mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki