image-qanunla-reklam
image-489f1a02db98c18f5d43909c042749f0

”  Biz  hamımız Azərbaycanlıyıq , hamımız  bir  millətik, hamımızın bir dilimiz  var, hamımız  bir  dinə mənsubuq, hamımız  bir  millətin övladıyıq “

image-lady-day-az

”  Biz  hamımız Azərbaycanlıyıq , hamımız  bir  millətik, hamımızın bir dilimiz  var, hamımız  bir  dinə mənsubuq, hamımız  bir  millətin övladıyıq ”

Ümummilli lider  Heydər  Əliyev  Azərbaycan  xalqının  dövlətçilik  tarixində  əvəzsiz xidmətləri  olan dahi  bir  şəxsiyyətdir. SSRi kimi nəhəng  bir  dövlətin  rəhbər simalarından  biri  olan H.Əliyev Azərbaycanın müstəqillik əldə  etməsindən  sonra dilindən , dinindən və milli – mənəvi dəyərlərindən asılı olmayaraq dövlətçilik  ənənələrini formalaşdırılmasında  mühüm işlər görmüşdür. Azərbaycançılıq ideologiyasnın mühüm elementlərinin  inkişaf etdirilməsində əvəzsiz işlər  görməklə tarixə  düşmüşdür. “Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə  yaşayan müxtəlif etnik  qrupları və xalqları dövlətin ümumi  mənafeyi ətrafında  birləşdirmək olmuşdur. Bu  terminin işlədilməsi  əsasən sovetlər  birliyindən sonra rast  gəlinsə də  daha  əvvəllərdən ölkədə yaşayan müxtəlif xalqların ( türk, talış, ləzgi, avar. tat, udin və s. ) fərqli mədəniyyətləri və adət- ənənələrini qoruyub saxlayaraq birgə inkişaf  etdirmək  baxımından mühüm  əhəmiyyət kəsb  etmişdir.  Ulu  öndərin  1969 – 1982 – ci illərdə Azərbaycanda rəhbərliyi  dövründə  azərbaycan  dilinin əhəmiyyəti   artmış, ana  dilinə olan diqqət və qayğı  özünü bariz şəkildə göstərməyə başlamışdı. Həmin  dövrdə yüzlərcə  azərbaycanlı gəncin sovet  ittifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, xalq təsərrüfatının intensiv inkişafı  , mədəniyyət  ocaqlarının yaradılması, təhsilin  inkişaf etdirilməsi  və onun maddi – texniki bazasının  möhkəmləndirilməsi sürətlə gedirdi.Ulu  öndərin siyasətinin  ana  xəttini Azərbaycanın gələcəyi, milli dövlətçilik  düşüncəsi  təşkil  edirdi. Azərbaycan öz  müstəqilliyini elan etdikdən  sonra  da  ölkəmizdə  azərbaycançılıq ənənəsinin formalaşmasının  əsası məhz ümummilli  lider Heydər  Əliyev tərəfindən qoyulmuş  və bu  günə  qədər  ulu öndərin ideyalarının laiqli davamçısı Azərbaycan   Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan 1991 -ci  ildə müstəqillik əldə etdikdən sonar azərbaycançılıq  ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları müllətçilik  və separatçılıq ideyalarından arındıraraq  dövlətçiliyimizi qorumaq və inkişaf  etdirməkdən ibarət  idi . Ötən illər ərzində Azərbaycan  xalqı  ümümmilli lider Heydər  Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış  və onu inkişaf  etdirmişdir .

 

Feyzullayev  Kamil  Bəxtiyar oğlu

Saatlı  rayon  İ. Ağayev  adına  Nabatkənd  kənd tam orta   məktəbinin  Azərbaycan  dili  və  ədəbiyyat müəllimi 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki