image-qanunla-reklam
image-1694531020_2022-04-22t171204z_666675667_rc2f2t9g7a63_rtrmadp_3_ukraine-crisis-un-guterres-pic_32ratio_900x600-900x600-65804

“Bəşəriyyət ən böyük parçalanma dövrünü yaşayır” – BMT-nin Baş katibi

image-lady-day-az

Münxen Təhlükəsizlik Konfransında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, hazırda dünyamız çox mürəkkəb çağırışlarla üz-üzədir, bəşəriyyət son 75 il ərzində heç vaxt olmadığı qədər parçalanıb və müxtəlif cəbhələrə bölünüb. O, “hər kəs üçün sərfəli olan qlobal nizamın” yaradılmasının zəruriliyini vurğulayıb.

Qanunla.Az təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Baş katib üzv ölkələrin BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Yer kürəsində hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəyini söyləyib. Onun sözlərinə görə, təəssüf ki, hökumətlər bu öhdəliklərə məhəl qoymur, milyonlarla mülki insan bundan dəhşətli dərəcədə əziyyət çəkir, rekord sayda qaçqın meydana çıxır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki