image-qanunla-reklam
image-1698780730_16987802015947459590_1200x630

Azərbaycanla Rusiya arasında neft-qaz sahəsində əməkdaşlıq müzakirə edildi

image-lady-day-az

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

Bildirilib ki, tərəflər neft-qaz, energetika, bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığı müzakirə ediblər. Qeyd olunub ki, 2022-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 25 faiz, bu ilin yanvar-avqust aylarında isə 15,7 faiz artıb.

Görüşdə Rusiya neft-qaz şirkətlərinin Azərbaycan ərazisində yeni hasilat layihələrində iştirakı, eləcə də Rusiya neftinin Tixoretsk-Bakı borusu ilə revers daşınmasının artırılması məsələri müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki