image-qanunla-reklam
image-antiterror-emeliyyati-32

Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi

image-lady-day-az

Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi

2020-ci ildə başlayıb və həmin ildə də bitmiş olan Azərbaycan xalqının Vətən müharibəsi bizim ən böyük şanlı tarixlərimizdəndir və bu Qələbə tarixdə əbədi olaraq qalacaqdır. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Xalqımız bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı və dövləti qalib xalq kimi yaşayır və bundan sonrada belə yaşayacaq. 27 sentyabr 2020-ci ildə cinayətkar Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriyalarla atəşə tutması və düşmənin cəbhəboyu hücuma keçməsi Azərbaycan xalqının səbrinin son həddi idi. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində mənfur düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun şanlı qələbəsi ilə sonlandı. Bəli, cəmi 44 gün davam edən ikinci Qarabağ müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü dünyaya göstərərək ölkəmizin uğurlu qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə cinayətləri ilə yadda qalan Ermənistan isə kapitulyasiyaya məcbur edildi.

 

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki