image-qanunla-reklam
image-1705911172-2b272ed4-7d0d-3d5c-9a3b-75906d050b43_850

Qubada saxlanılan şəxsin üzərindən avtomat və narkotik aşkarlandı

image-lady-day-az

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Asmolov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.

Bundan başqa həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki