image-qanunla-reklam
image-pashinyan_putinn

Paşinyan Putinə rəsmən meydan oxudu: oyun gedir… – Video

image-lady-day-az

Ermənistan Baş naziri Nikol Paşinyanın Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfər edəcəyi halda həbs edilmə ehtimalını açıq şəkildə təkzib etməməsi sensasiya sayıla bilər.

Nəzərə alaq ki, bu müsahibə Ermənistanın Roma Statutunu ratifikasiya etməsindən sonra ölkənin BCM-ə qəbul edilməsi ilə bağlı tədbirin baş tutmasından cəmi 1 gün sonra verilib.

Paşinyan rəsmən elan etdi ki, Putinin Ermənistana səfəri zamanı onun həbs olunmayacağına söz verə bilməz, çünki bunu məhkəmə sistemi həll edir və o, guya məhkəmə sisteminin işinə qarışmır. Məhkəmə sistemi isə əlbəttə ki, Roma Statutuna qoşulandan sonra Putinin həbsi barədə öhdəliyi yerinə yetirməlidir – çünki 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya liderinin həbsinə sanksiya verib.

Paşinyan hətta bunu Putinə əvvəlcədən deməyi belə artıq hesab edir, “inanmıram ki, Putinin mənim məsləhətimə ehtiyacı olsun” diplomatik cavabı ilə.

Halbuki Ermənistan Roma Statutunu ratifikasiya edərkən bunun Rusiya liderinə şamil edilməyəcəyi, Putinin bu “statutdan” yayınması üçün əlavə ikitərəfli mexanizm hazırlamağa hazır olduğu ilə bağlı açıqlamalar verilmişdi.

Çox maraqlıdır: Paşinyan hansı oyunu oynayır?

Bir tərəfdən Aİİ-nin aktiv üzvüdür, Rusiyaya sanksiyaların dəlinməsindən fantastik səviyyədə gəlir əldə edir və ölkənin iqtisadi imkanlarını genişləndirir, eyni zamanda Rusiyanın Ukraynada müharibəsinə yardım edəcək çiplər, elektron avadanlıqları Avropadan alaraq, bu ölkəyə ixrac edir, paralel olaraq, KTMT-dən çıxmağın gündəmdə olmadığını deyir, Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmədiyini açıqlayır, Ukraynaya humanitar yardım göstərir, həmçinin Putinin İrəvana gələcəyi halda həbs olunacağının anonsunu verir.

Ermənistanda Rusiyanın 5 min nəfərlik ordusu, hava qüvvələri var, Rusiya sərhədçiləri Ermənistan sərhədini qoruyur və onların sayının 4 mini aşdığı bəllidir. Ermənistanda Rusiyanın bu qədər hərbi varlığı olduğu halda Paşinyanın Putinin səfər edəcəyi halda həbs olunacağı anonsunu “çəkinmədən” elan etməsi inanılmazdır.

İnanılmaz olan həm də Rusiya siyasətçiləri, deputatları, məmurları və XİN-in reaksiyasızlığıdır. Ən azı Rusiya XİN-in və yaxud Kremlin bununla bağlı hər hansı açıqlaması ola bilərdi.

Amma aradan bir sutka keçəndən sonra “sükutu” yalnız Peskov pozdu, “zəmanət ehtiyacı var” sözləri ilə.

İrəvanın hədəsinə Kremlin belə yumşaq reaksiyası əlbəttə ki, təəccüblü olmaya bilməz.

Bu isə razılaşdırılmış oyun anlamına gəlir. Sanki Ermənistanın Rusiyaya sanksiyaların dəlinməsində roluna Qərbin göz yumması üçün qəsdən belə “üsyankar və antirus bəyanatlar” verməsi Kremllə razılaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki