image-qanunla-reklam
image-media-ulu-onder-heyder-eliyev-etqp35jyslkowciv2z40

Heydər Əliyev siyasətinin davamı

image-lady-day-az

Heydər Əliyev siyasətinin davamı.

Son illər Azərbaycan xalqı çoxəsrlik tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. İki yüz illik münaqişəyə, otuz illik müharibəyə son qoyan İkinci Qarabağ savaşında qazandığımız Zəfərimizin üçüncü  ilini başımız dik, alnımız açıq, məğrur xalq kimi qeyd etməkdəyik. Bu Zəfərin memarı isə Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkləşdirən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab Prezident İlham Əliyevdir.

Zaman göstərib ki, Azərbaycan xalqı qədimlərə söykənən şərəflə yazılmış tarixi ərzində çox müdrik qərarlar qəbul edib. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevi xilaskar lider kimi Bakıya dəvət edib özünə rəhbər seçən xalq, 2003-cü ilin oktyabrın 15-də ölkədə keçirilən prezident seçkilərində etdiyi seçimində də yanılmadı. 20 il öncə xalqın mütləq əksəriyyətindən etimad mandatı alan cənab İlham Əliyev adını Azərbaycan tarixinə qurucu, islahatçı, humanist Prezident və Müzəffər Sərkərdə kimi yazdırdı. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın xilaskar lideridirsə, Prezident İlham Əliyev Şanlı Zəfərin memarı kimi Qarabağı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək güclü, qətiyyətli lider kimi tarixdə əbədi qalacaq.

Hazırda yaşadığımız parlaq tarix məhz Azərbaycan xalqının uğurlu və sərrast seçiminin, əzəmətli təfəkkürünün məhsuludur. Əlbəttə ki, Ümummilli Liderin 20 il öncə Azərbaycan xalqına ünvanladığı müraciətində “Mən İlham Əliyevə özüm qədər inanıram”, “Mənim edə bilmədiyim işləri o, uğurla başa çatdıracaqdır” tövsiyələri ölkə əhalisinin düzgün seçimində böyük rol oynayıb. Çünki 1993-cü ildə təkidli tələbi ilə Ulu Öndəri Azərbaycana çağıran xalq inandığı, güvəndiyi xilaskar Prezidentin çağırışına bu cür reaksiya verməli idi.

15 oktyabr 2003-cü il müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. 76 faizdən çox seçici cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə yanaşı  ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident cənab İlham Əliyev ona səs verən insanların bütün ümidlərini doğrultdu. Buna şahidlik edən xalq da Prezidentə inanaraq qətiyyətli dəstək verib, ətrafında sıx birləşərək onun gücünü və əzəmətini qat-qat artırdı.

Azərbaycan ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının şahidi olarıq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Prezident cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin məntiqi nəticəsi və davamı hesab olunmalıdır.
Bu siyasətdə güclü zəkadan, dərin məntiqdən və uzaqgörənlikdən irəli gələn sistem və ardıcıllıq aydın şəkildə görünməkdədir. Prezident cənab İlham Əliyev hər zaman xalqın istədiyini bütün incəliyinə qədər duyan həssas siyasətçi kimi zamanı çatan, zamanın tələb etdiyi vəzifələri müəyyənləşdirməyin və həll etməyin mahir ustasıdır.
Azərbaycanın dünyada həm yeni imicinin formalaşmasında, həm də uğurlu gənc dövlət kimi beynəlxalq etimad qazanmasında Prezident cənab İlham Əliyevin möhtəşəm infrastruktur layihələrinin həlledici rol oynadığı danılmazdır. İndi hər bir azərbaycanlı müasir, çiçəklənən Azərbaycanla fəxr edir, qürur duyur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Xalqa arxalanan siyasət.

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident cənab İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident cənab İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Prezident cənab İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.

Qurucu lider olan Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.

Prezidentimizin müdrik, gələcəyə hesablanmış siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin immun sistemini möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində buna əyani surətdə şahidlik etdik. Prezident cənab İlham Əliyev Cənubi Qafqazdakı hazırkı tarixi prosesin ssenari müəllifidir, regionun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir. Hədəfi dəqiq nişan ala bilən bu strateji addımların bəhrəsi hazırda həyatımızın hər bir sahəsində aydın hiss olunur.

Prezident cənab İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün əsas göstəricisidir. Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir.

Xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə fərqlənən Azərbaycan Prezidentinin müasir siyasət strategiyası nəticəsində ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub, həyatın bütün sahələri yenilənib.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Prezident İlham Əliyev hər zaman xalqın dəstəyinə güvənmişdir.

Ulu öndər Heydər Əliyevin həyatının son illərində Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi və beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edə­cəyi, Ümummilli liderin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirə­cəyi ciddi düşündürürdü. Bu barədə dü­şünəndə hamının ağlına Ulu Öndərin ən yaxın silahdaşı və ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi. Bu isə təsadüfi deyil­di. Çünki, bu təkcə İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, İlham Əliyev yeni tipli gənc lider kimi XX əsrin 90-cı illərinin ortalarından başlaya­raq ölkədə və ondan kənarda kifayət qə­dər tanınır və dəyərləndirilirdi. Ümummilli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı, çağdaş dünyanın tanınmış siyasi və dövlət xadimi İlham Əliyev 20 ildir ki, müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu müddətdə onun dövlət başçısı kimi həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm ölkəmizdə, həm də xaricdə daim yüksək qiymətləndirilir.

lham Əliyevin yüksək nüfuz qazan­ması bir sıra amillərlə bağlı idi. O, ilk növbədə, Heydər Əliyev kimi nadir şəx­siyyətin genetik keyfiyyətlərini daşıyırdı, ictimai fəaliyyət meydanına onun siyasət və idarəetmə məktəbindən keçib gəlmiş­di. Bu gənc lider yaxşı təhsil almış, xarici dillərdə sərbəst danışmağı, beynəlxalq səviyyəli siyasi və dövlət xadimləri ilə təmasa girmək bacarığını dərindən mə­nimsəmişdi. Bir sözlə, Ulu öndərin siyasi varisi dünyanın müasir siyasi düşüncə texnologiyalarına yiyələnmişdi.

20 il əvvəl – 2003-cü il 15 oktyabr prezident seçkilərində isə İlham Əliyevin böyük əksəriyyətlə ölkə Prezidenti seçil­məsi xalqımızın Heydər Əliyev ideyaları­na verdiyi dəyərin, bu siyasətə dəstəyi­nin aydın ifadəsi idi. Məhz bu məqamlara söykənərək İlham Əliyev Prezident kimi mətbuata ilk müsahibəsində perspek­tivlərdən söz açarkən bildirmişdi: “De­mişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam, hər bir azər­baycanlının Prezidenti olacağam”.

Doğrudan da, İlham Əliyev prezident­lik fəaliyyətində həmişə xalqla bir olmuş, xalqın inam və etimadını qazanmışdır. Xalqımız isə sevimli rəhbərinə öz dəstə­yini həmişə göstərmişdir. “Bizim uğurları­mızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsi­dir”– deyən cənab İlham Əliyevin 2008-ci il prezident seçkilərindən də qalib çıxma­sını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. 2008-ci il seçkilərində 88,73 faiz səslə Prezident seçilən İlham Əliyev 2013-cü il seçkilərində 84,54 faiz, 2018-ci il seçkilə­rində isə 86,02 faiz səslə vətəndaşlarının yeganə inam mənbəyi olduğunu təsdiqlə­mişdir.

Prezident cənab İlham Əliyevin prinsipial və qəti mövqeyi Vətən müharibəsində və antiterror əməliyyatlarının uğurla həyata keçirilməsində özünü göstərdi. Ermə­nistan silahlı qüvvələri məhv edildi və 2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli bə­yanat regionda uzunmüddətli münaqişə­nin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapi­tulyasiyası aktı oldu. İkinci Qarabağ mü­haribəsi nəticəsində işğal edilmiş torpaq­larımız qaytarıldı, ərazi bütövlüyümüzün bərpası təmin edildi.

Vətən müharibəsində və ondan sonrakı müddətdə qazandığımız bütün zəfərlərin müəllifi Azərbaycan Res­publikasının Prezidenti, Silahlı Qüvvələ­rin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir!

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Yeni Azərbaycan Partiyasının nüfuzunu artıran səmərəli fəaliyyət.

Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 31 ili ərəfəsindəyik. 21 noyabr 1992-ci il ictimai siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat – Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı.Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir.Yenicə müstəqillik qazanan,ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.

Dünənin, bugünün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil   Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni          Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi         keşməkeşli yolu belə dəyərləndirmişdir: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası  ilə rəqabət aparmaq iqtidarında deyil. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik”.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin               çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab  İlham   Əliyev  tərəfindən böyük uğurla həyata keçirilir.  Çünki böyük ideyalarla zəngin olan Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret  konsepsiyaya malik siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin qurucusu olan Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. Yeni Azərbaycan Partiyası dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə Yeni Azərbaycan Partiyasının geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc        mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.

Yeni Azərbaycan Partiyası hazırda Azərbaycanda və Cənubi Qafqaz regionunda ən         mütəşəkkil, nüfuzlu, kütləvi, mütərəqqi siyasi təşkilatdır. Populyarlığına, reytinqinə,cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

 

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Azərbaycanın prezidenti cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Görkəmli siyasi və dövlət xadimi cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Prezident cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyevin inamla davam etdirdyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün edib.

Cənab Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.

İlham Əliyev birinci dəfə Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Tarixi əhəmiyyətli Zəfərin əldə olunması həm də ölkəmizin əsas iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün olub.

Bu inkişaf və tərəqqi Qələbəmizin təməlini təşkil edib, ona zəruri maliyyə və maddi resurslar yaradıb.

Ölkədə iqtisadiyyatın davamlı və rəqabət qabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu tədbirlərin davamı olaraq iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.

Prezident cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan cənab İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki