image-qanunla-reklam
image-fb_img_1697200472300

“Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi

image-lady-day-az

“Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi.

Söhbət otuz ildən bəri dogma Qarabağımızda kök salmış erməni separatizmindən gedir. Özünə deyil, kənar dəstəkçilərinə güvənərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ömürlük məskunlaşdıqlarını düşünən “çağırılmamış qonaqların” son aqibətləri belə də olmalı idi. 44 günlük Vətən müharibəsində belləri qırılmış separatçı-daşnaklar sonuncu sığınacaq yerləri olan Xankəndini boşaltmaq barədə düşünmək belə istəmirdilər. Amma artıq dövran dəyişmiş, nə Ermənistan otuz il əvvəlki idi, nə də Azərbaycanın daha otuz il dözməyə səbri qalmışdı.
“Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dünən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakı Zirvə görüşündəki çıxışında deyib.
Dövlətimizin başçısı tədbir iştirakçılarının diqqətini, həmçinin torpağımızda separatizmin kökü qoparılana qədər Azərbaycanın məqsədyönlü şəkildə həyata keçirdiyi hərbi-siyasi tədbirlərə yönəldib.
Cənab Prezident bu il sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində etdiyi çıxışınında antiterror tədbirlərinə qədər Ermənistan–Azərbaycan sərhədində baş verən proseslərə də toxunaraq bunları demişdi: “Aprelin 23-də Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam şəkildə təmin etdik. Bununla da bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə ki, bu ilin sentyabrın 20-də biz öz suverenliyimizi tam bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edən Ermənistanla gücdən başqa danışıq dilinin qalmadığına əmin olan Bakı beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam bərpası üçün BMTnin müvafiq konvensiyalarında təsbit olunmuş özünün müstəsna hüququndan istifadə etməyə məcbur oldu.
Zirvə görüşündəki çıxışında ərazilərimizdə separatizmə son qoyulmasının beynəlxalq hüququn və ədalətin təntənəsi olduğunu söyləyən Prezident İlham Əliyev daha sonra dedi:  “Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar”.
Cənab Prezident ermənilərin hərbi təxribatlarına cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə Azərbaycanın bu il 2023-cü il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirdiyini və bununla da Xankəndidəki təcavüzkar separatizmə son qoyulduğunu söylədi.  “Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm”, – deyə dövlət başçısı qeyd edib.

Nazim Fərəcov
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki