image-qanunla-reklam
image-aspaa97

AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır

image-lady-day-az

AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır

İkinci Qarabağ müharibəsi və ondan sonra baş verən proseslər beynəlxalq hüquq və prinsiplərindən dəm vuran bir sıra Qərb dövlətlərinin, təşkilatlarının əsl simasını ortaya qoydu. Suverenliyini bərpa edən, separatizmə son qoyan rəsmi Bakı əldə etdiyi nəticələrə görə kütləvi  hücumlara, təzyiqlərə məruz qaldı. İşğalçı dövlət olan Ermənistan qaldı kənarda, işğala məruz qalan və 30 ildən sonra buna son qoyan Azərbaycana qarşı kompaniya başladıldı. Bir çoxları ermənidən artıq erməni olmağa çalışdılar. Qarabağdan könüllü çıxan ermənilərin guya zorakılığa məruz qaldıqlarını iddia etdilər.Fransanın dirijorluğu ilə başladılan kampaniya günbəgün daha da çirkin və qərəzli xarakter alır.

2001-ci ildən bəri – AŞPA-ya üzv olan Azərbaycan hər zaman  özünü etibarlı tərəfdaş kimi göstərib. Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Təəssüf ki, Qərbdəki anti-Azərbaycan qüvvələr AŞPA -dan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət davam edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışacaqlarını zənn edirdilər. Lakin yanvarın 22-də Azərbaycan Nümayəndə Heyəti çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüquq norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə anti Azərbaycan mövqeyindən çıxış edir.

AŞPA artıq mövcud olmayan coğrafi anlayışdan – Dağlıq Qarabağ ifadəsindən istifadə etməklə destruktivlik nümayiş etdirir. Etnik ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsilə bağlı həqiqəti təhrif etməyə çalışır.  Halbuki köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın göz qarşısında sərgilənirdi. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmədi. Qərəzli təklifin almaniyalı deputat tərəfindən səslənməsi də təsadüfi deyil. Fransa və Almaniya bu gün Azərbaycan əleyhinə tandem şəklində çıxış edir. Bəzi hallarda Fransa öz məkrli niyyətlərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Bir daha aydın görünür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru- Rasif Qaçayev

 

 

AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil

Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsi, iqtisadi gücünün artması, siyasi mövqelərinin güclənməsi Avropanın bir sıra dövlətlərini narahat edir. Bir çox hallarda işğalçı Ermənistanı açıq-aşkar dəstəkləyən, 44 günlük Vətən müharibəsində onların məğlubiyyətini həzm edə bilməyən Fransa və Almaniya kimi ölkələrin aparıcı rolda çıxış etdiyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə, yəni yanvarın 22-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. Avropanın bir çox aparıcı dövlətlərini Azərbaycanın 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi zamanı öz torpaqlarını işğaldan azad etməsi, 2023-cü ilin sentyabrında qazandığı Qələbəni daha da möhkəmləndirərək ərazi bütöblüyünü tam şəkildə bərpa etməsi, ölkəmizin inkişaf və tərəqqisi ciddi narahat etməyə başlayıb, müxtəlif səviyyələrdə gizli və açıq təzyiqlərə, çirkin kampaniyalar aparmağa başlayıblar. Aydın görünür ki, AŞPA Azərbaycan prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Buna görə də belə çirkin əməllərə əl atır. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

2023-cü ilin sentyabrında qazandığı Qələbəni daha da möhkəmləndirərək ərazi bütöblüyünü tam şəkildə bərpa etməsi, ölkəmizin inkişaf və tərəqqisi ciddi narahat etməyə başlayıb Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bu gün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prossesi gedir və bu işlər ölkəmizin öz daxili imkanları hesabına, heç bir xarici ölkə və beynəlxalq təşkilatların köməyi olmadan həyata keçirilir. Lakin bu, nədənsə AŞPA-nın üzvlərini narahat edir. Bu gün Azərbaycan Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə siyasəti onu gözdən salır və ona inamı sıfra endirir. Azərbaycan ədalətin tərəfindədir. Ölkəmizə qarşı təhdid, qarayaxama kampaniyası qəbulolunmazdır.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Nümayəndə heyəti yanvarın 24-də Strasburqda bəyanat yayaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı təşəbbüsün Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Nümayəndə heyətimizin üzvləri bununla bağlı bəyanat qəbul ediblər. Qurumun ermənipərəst olan almaniyalı deputatı artıq mövcud olmayan coğrafi anlayışdan – Dağlıq Qarabağ ifadəsindən istifadə etməklə AŞPA-nın destruktivlik nümayiş etdirdiyini bir daha göstərmiş oldu. Erməni sevdalıları, Azərbayca­nı, hətta, Avropa Şurasından da uzaqlaşdıra bilərlər. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin verdiyi qərar son dərəcə yerin­də atılmış addımdır. Bu, Avropada hər kəsə dərs olmalıdır. Hər kəs bilməlidir ki, ölkəmizlə oyun oynamaq, haqq sə­simizi boğmağa çalışmaq heç bir fayda verməyəcək. Bu əməllərlə Azərbaycana təzyiq göstərmək cəhdləri də həmçinin.

AŞPA-nın anti-Azərbaycan ritorikasındakı başlıca məqam 7 fev­ral prezident seçkiləridir. Dünyada hər bir aparıcı qütb yaxşı anlayır ki, seçki Azərbaycan xalqının iradəsinin növbəti təzahür meydanı, xalq-iqtidar vəhdəti­nin təntənə anı olacaq. Məqsədləri pro­seslə bağlı total antipatiya yaratmaqdır. İstəkləri ölkəmizin iradəsini sivil dün­yadan təcrid durumunun elementi kimi göstərməkdir.  Azərbaycan separatçılığın kökünü kəsmiş bir ölkə olaraq bu mövqeyində tam haqlıdır. Beynəlxalq hüquq və qanunlar tamamilə Azərbaycanın tərəfindədir. Regionun ən qüdrətli ölkəsi, qitənin və dünyanın açar dövləti məhz Azərbaycan Respublikasıdır! Azərbaycanla  ancaq konstruktiv əməkdaşlıq edərək nə isə qazanmaq olar. Necə ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti sərt mövqeyi ilə AŞPA-ya öz yerini göstərdi. İndi Azərbaycan xalqı haqlı olaraq düşünür ki, madam ki, orada bizi azərbaycanlı, türk və müsəlman olmağımız səbəbindən sevmirlər, bizim bu təşkilatda bundan sonra qalmağımızın da heç bir mənası və faydası yoxdur.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib

Azərbaycan nümayəndə heyəti yanvarın 24-də Strasburqda bəyanat yayaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı təşəbbüsün Azərbaycana qarşı aparılan qərəzli kompaniya olduğunu qeyd edib. Azərbaycan hər dəfə öz milli və dövlət maraqlarına uyğun addım atanda, AŞPA-dakı Fransa və Almaniya kimi dövlətlər işğalçı və təcavüzkar Ermənistanı dəstəkləyir, Azərbaycanı heç bir əsası olmadan ittiham edirlər. AŞPA-nın hərəkətləri Azərbaycanın milli maraqlarına ziddir. Azərbaycanın milli maraqları öz ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini təmin etməkdir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, qanuni ərazisi – Qarabağ üzərində suverenliyini və yurisdiksiyasını bərqərar edib.

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib və “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatlıq ifadə edib. Sözsüz ki, AŞPA-nın anti-Azərbaycan kampaniyasında Fransanın rolu var. Təəssüfedici haldır ki, AŞPA kimi bir institut Fransa kimi səviyyəsiz və zəif bir ölkənin əlində siyasi alətə çevrilib. Avropa ölkələri yaxşı olardı ki, gedib özlərinin daxilindəki problemləri həll etsin. Həmin ölkələrin özlərində demokratiya ilə bağlı problemlər var, bu ölkələrdə xəstə bir cəmiyyət formalaşıb. Ona görə də AŞPA, ümumilikdə Qərb cəmiyyəti Azərbaycan üçün nümunə ola bilməz. AŞPA-dakılar Azərbaycana təzyiq edirlər ki, rəsmi Bakı onların dediklərinə əməl etsin, onların əlində siyasi alətə çevrilsin. Azərbaycan imkan verməz ki, başqa ölkələr və təşkilatlar onun taleyini müəyyən etsin.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki