image-qanunla-reklam
image-3-2

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir

image-lady-day-az

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi

ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.

2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

 

“İkili standartlar” siyasətinin təzahürü

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir.

Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.

Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyət abidələri var. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

Artıq işğaldan azad edilmiş torpaqlarımızda Prezident İlham Əliyevin göstərişi ilə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Vəhşi ermənilərin torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq, bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaq. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bildirmişdi: “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, bu gün Ağdamda da böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də buraya gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Dövlətimizin başçısının 2021-ci il mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günü həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.

Ötən il isə dövlətimizin başçısı Ağdama iki dəfə – fevralın 13-də və noyabrın 4-də səfər edib. Fevralın 13-də reallaşdırılan səfər zamanı Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-quruculuq işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ağdam ra­yonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır.

Xalqımızın 30 illik Qarabağ həsrəti ötən il Vətən müharibəsində qazandığımız Qələbə sayəsində sona çatdı. Bi­zim igid oğullarımız “dəmir yumru­ğu” düşmənin başına elə vurdu ki, işğalçı ölkə kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bu, şanlı zəfər tarixidir, 30 illik işğal dövründə biz torpaq itkisinin acısını-ağrısını ürəyimizdə, yaddaşımızda daşıdıq. Bu zəfərin mahiyyətini, mənasını bütövlükdə gələcəkdə daha yaxşı dərk edəcəyik.

Zəfər tarixindən bu günədək insanlar bizə çoxsaylı suallar verir. Vətəndaşlarımızın qayıdışı, bərpa-quruculuq işlərinin nə vaxt yekun­laşacağı ilə maraqlanırlar. Bu, hər birimizi düşündürən məsələdir və işğaldan azad edilmiş torpaqlarda aparılan proseslər əyani şəkildə onu sübut edir ki, qayıdışın gerçəyə çevrilməsi labüddür.

Ağdam ra­yonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır. Bu rayon uğurlu hərbi əməliyyatlarımızdan sonra imza­lanmış Üçtərəfli Bəyənata uyğun olaraq bir güllə atılmadan bizə təhvil verilib. Mənfur düşmənin məğlubiyyətindən sonra və 10 noyabr tarixli Üçtərəfli Bəyanatın şərtlərindən biri kimi Ağdam, Laçın və Kəlbəcər bizə qaytarıldı. İndi biz həmin andan etibarən indiyə qədər olan dövrə nəzər salsaq görərik ki, 23 noyabr tarixində yəni Ağdamın Azərbaycan tərəfinə təhvil verilməsindən 3 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər etdi və burada üçrəngli bayrağımızı qaldırdı. Ondan sonra Ağdam­da böyük quruculuq işlərinə start verildi. Ağdamın bugünkü vəziyyətini görəndə insanın ürəyində ağrılı hisslər yaranır. Şəhərin görüntüsündən də aydın­dır ki, ermənilər burada daşı-daş üstündə qoymayıblar, şəhəri yerlə-yeksan ediblər. Yeganə salamat bina Ağdam məscididir ki, o da heyvanların saxlandığı yer olub, hərbi cəhətdən bizim təmas xəttini müşahidə etmək üçün istifadə edilib, məscidin divarlarına nalayiq sözlər yazılıb. Yəni bütün bunların hamısı qəsdən törədilib. Çünki onlara çox gözəl məlum idi ki, bura müqəddəs bir yerdir. Bizim paytaxtımızın mərkəzi hissəsində yerləşən erməni kilsəsinə münasibətimiz göz qabağındadır. Müqayisə edə bilərik. Bu millətin müqəddəs inanc yerləri baxın necə təhqir olunub, dağıdılıb. Qi­yaslı məscidi, Pənah xanın imarəti və yaxud bizim ağdamlıların xatırladığı digər gözəl məkanlar da dağıdılıb. Bunların arasında Çörək muzeyini, məşhur Çay evini göstərmək olar. Çay evindən pilləkənin bir hissəsi qalıb. Yəni bu vandallara insan deməyə ada­mın dili gəlmir. Məscidin salamat qalması da humanizmdən irəli gəlmir. Məscid bir daha qeyd edirəm ki, minarələri ilə birgə hərbi məqsədlər üçün istifadə edilib. Nə mümkündürsə talamış­dılar, nəyi talan edə bilməyiblərsə təhqir ediblər, dağıdıblar. Bura o yerlərdir ki, ermənilər həmişə torpaq iddiası ediblər. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər bu torpaq sizindirsə niyə bu vəziyyətə qoymusunuz? Deməli, bura sizin deyil ki, onunla belə vandalcasına davranmısınız. Deməli bu torpaqların sizin oldu­ğuna dair özünüzün də inamınız yoxdur. Ancaq Azərbaycan xalqı multikultural xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də quru­cu xalqdır. Təsadüfi deyildir ki, böyük zəfərdən bir il keçməsinə baxmayaraq, qısa müddətdə Azərbaycan dövləti sadəcə öz gücünə arxalanaraq, bu torpaqlar­da böyük quruculuq işlərini həm sürətlə, həm də yüksək keyfiyyətlə həyata keçirməkdədir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Ağdam əlbəttə, dağıntılara ən çox məruz qalan şəhər idi

Region­da infrasturktur layihələrinin, yol tikintisinin icrası, hətta insan ayağının dəymədiyi yerlərdən elektrik xəttinin çəkilməsi, Zəfər yolunun inşası strateji uğurlardır. Bizim igid oğullarımızın müharibə vaxtı irəlilədiyi həmin yerlərdən indi Zəfər yolu çəkilib. Bu, çox heyranedicidir. Füzuli Beynəlxalq Hava limanının tikintisi və təhvil verilməsi qürur doğurur. Həmin ərazinin qısa müddətdə minalar­dan təmizlənməsi ilə beynəlxalq standartlara uyğun hava limanı tikilib. Ağdamda da böyük qu­ruculuq işləri gedir. Bilirsiniz ki, bu rayon birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ən çox şəhid vermiş bir rayon kimi burada gedən şiddətli döyüşlər, Xocalı soyqırımının dəhşətləri insanların yaddaşında silinməz izlər qoyub. Qeyd edim ki, birinci Qarabağ müharibəsində Ağdamda çox ciddi döyüşlər gedib. Bu küçələrdə, bu dağlarda gəzən, bu bulaqlardan su içmiş in­sanların yenidən buraya qayıtdıq­ları zaman keçirdikləri hissləri dərk eləmək çox çətindir. Əvvəl biz bu yerlərə müxtəlif vasitələrdən ba­xırdıq və müşahidələrimiz içimizdə kədər, qüssə neqativ hisslər yara­dırdı. İndi isə vandalizm aktlarına, viran qalmış xarabalıqlara baxan­da bir tərəfdən ürəyimiz sızıldasa da, digər tərəfdən başımızı dik tuturuq ki, doğma torpaqlarımızı azad etdik. Milli qürurumuzun bərpa olunduğu üçün fəxr edi­rik, özümüzü böyük bir xalqın, millətin nümayəndəsi kimi hiss edirik. Bütün bunları bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarıq, bizim igid oğullarımı­za minnətdarıq. İnanın ki, biz bu torpaqda yeriyərkən o məsuliyyəti hər dəqiqə, hər an hiss edirik. Ağdam əlbəttə, dağıntılara məruz qalan şəhər olsa da, buranın gələcəyi artıq indidən gözümü­zün qabağında canlanır və biz bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Ermənistan vaxtilə işğalda saxladığı bölgələrimizdə saysız-hesabsız minalar yerləşdirib.

Əvvəla, təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşı­nından yerə boşaldılmışdı. Yəni ərazini təmizləmək çox çətindir. O ərazilər həm də hamar de­yil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi termino­logiya ilə desək, xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir. Nəhayət bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açıldı və bunun nəticəsində Xındırıstan kəndindən, Ağdam -1 yarımstansiyasına Azərenerji QSC elektrik xəttinin çəkilişini təmin edə bildi. Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır. Əlbəttə, biz quruculuq- bərpa işlərində bunları diqqətdə saxlamalıyıq. Həm də vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü bö­yük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Əlbəttə, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərdi. Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğu­nu, yüksəkdə tutduğunu göstərdi. Vətəndaşlarımız da arxayın olsun­lar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq. Burada folklorumuza da müraciət etsək yerinə düşər. Dədər Qorqud filmində ibrətamiz bir səhnə var. Ulu ozan Qaraca Çobana səslənir ki, nə edirsən belə ? O da cavabında deyir ki, torpağı daşlardan təmizləyirəm. İstəyirik buranı şumlayaq əkək. Dədə Qorqud da deyir ki, məsləhətdir. Biz hələ varıq, olaca­ğıq, artacağıq. Sonra da deyir ki, torpağın yurd olması üçün iki şərt lazımdır. Birincisi gərək torpağı əkib becərəsən. İkincisi isə gərək onu yağılardan qoruyasan. Əgər, torpağı əkib becərmədinsə qoru­mağa dəyməz, qoruya bilmədinsə əkib becərməyə dəyməz

Bu günlə səsləşən fikilərdir. Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər va­cibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaq­larda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın.

 Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki