image-qanunla-reklam
image-1705490247-whatsapp-image-2024-01-17-at-15-08-06

Partlayışdan sonra 2 qadından xəbər yoxdur – Yaxınları onları axtarır

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Binəqədi rayonundakı mebel sexində baş verən partlayışla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. 

“Unikal”ın məlumatına görə, partlayışdan sonra hələ də qohumlarından xəbər ala bilməyən şəxslər hadisə yerinə gəliblər. Onlar Əsmayə Quliyeva  və Solmaz Abbasova adlı qadınları axtarırlar.

Onların taleyi hələlik məlum deyil. Qadınların dağıntılar altında qaldığı ehtimal edilir.

Qeyd edək ki, bundan öncə mebel sexindəki partlayışda həlak olan 9 nəfərdən altısının kimliyi bəlli olmuşdu. Onlar Zaur Cəfərov, Aydın Atakişiyev, Elvin Məmmədov, Fərid Qubadov, həmçinin Azər və Ülviyyə adlı şəxslərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki