image-qanunla-reklam
image-litva-belarus-serhed

Litva Rusiya ilə sərhədi bağlamaqdan imtina etdi

image-lady-day-az

Litva Rusiya ilə sərhədi bağlamaqla Finlandiyanın addımını təkrarlamağa ehtiyac görmür.

Qanunla.Az xəbər verir ki, bunu Litva daxili işlər naziri Aqne Bilotaite bildirib.

“Hələlik biz regional həllə ehtiyac görmürük. Litvanın sərhədləri hələ də sakitdir. Bizim aydın təhdid göstəricilərimiz var, ona uyğun hərəkət edəcəyik. Vəziyyəti izləyirik və dəyişiklik olarsa, reaksiya verəcəyik”, – nazir vurğulayıb.

Qeyd edək ki, daha öncə Finlandiya Rusiya ilə sərhəd keçid-məntəqələrini bağlayıb, Norveç isə vəziyyəti izlədiklərini bəyan edib. Estoniya da Litva kimi hələlik sərhədi bağlamağa ehtiyac görməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki