Xalidə xanım oxucularında məhz belə dəyərlərin formalaşmasına çalışır. O, hesab edir ki, insan ilk növbədə Ulu Tanrının ona verdiyi ən ali hisləri qoruyub saxlamalı və onu inkişaf etdirb daha da zənginləşdirməlidir. Bu , bizim insanlıq borcumuzdur.Cənab Allah bir insan kimi bizi bütün bioloji varlıqlardan üstün yaratmışdır.Qədim dövrün “əxlaq peyğəmbəri” adlandırılan böyük Sokratdan bir gün soruşurlar:”Sən ki, hər şeyi bu qədər bilirsən, de görək insanda ən çox nəyi, hansı keyfiyyəti yüksək qiymətləndirirsən ?”.Sokrat fikirləşmədən dərhal cavab verir:”İnsaniyyət”. İkinci dəfə maraqla soruşurlar, “Yaxşı, bəs insaniyyət dedikdə nəyi başa düşürsən?”.Böyük filiosof bu dəfə də düşünmədən cavab verir:”İnsana layiq bütün keyfiyyətləri.O keyfiyyətləri ki, onlar yalnız insana xasdır”. İngiltərədə ictimai islahatlar aparan və uşaq vaxtı böyük çətinliklər yaşaayn, əzab-əziyyət çəkən məşhur yazıçı Çarls Jon Dikkensə vaxtı ilə belə bir sual verilir:”Siz bu qədər çalışıb, vuruşub nə islahatı keçirmək istəyirsiniz? Yazıçı gülə-gülə və qətiyyətlə cavab verir: İnsaniyyət və xeyirxahlıq islahatı”.
Bəli, Xalidə xanım çox gözəl bilir ki, insaniyyət bütün fəzilətlərin əsasını təşkil edir, insana layiq bütün keyfiyyətləri təcəssüm etdirir.Müxtəlif dövrlərdə yaşamış məşhur filosoflar nəticədə bir əqidəyə gəlmişlər ki,”fəzilət tərbiyəsi məhz insaniyyət tərbiyəsindən başlanmalıdır.Əgər insanlarda insanlıq, insaniyyət tərbiyə olunarsa, başqa fəzilətlərin tərbiyəsi o qədər də böyük çətinlik təşkil etməz”.Xalidə xanım insaniyyəti məhz bəşəriyyətin qızıl fondu hesab edənlərlə ,tamamilə razılaşır və düşünür ki,həyatımızı,dünyamızı yalnız yer üzünün əşrəfi sayılan insanlar gözəlləşdirər və cənnətə çevirə bilərlər.Ona görə də insan adını insan, şərəfini həmişə uca tutub onu tərənnüm edir.Xalidə Hicran öz şeirlərində insaniyyətin əsas atributlarından biri olan qayğıkeşliyi, həssaslığı,yaxşılığı,qarşılıqlı hörməti,dərdə şərik olmağı və s. fəzilətləri özünün əsas mövzularına çevirmiş və qələmə aldığı bütün janrlarda bu sahəyə geniş yer vermişdir.O,öz poetik nümunələrində oxucularını həmişə insanlar haqqında xoş fikirləşməyə,xoş niyyətli olmağa,yaxşılıq barədə düşünməyə sövq edir,onların belə gözəl vərdişlərə sahib olmasına çalışır,zərərli meyillərdən, paxıllq,xainlik,gözügötürməzlik,kinlilik,qəzəblilik və s. qəbahətlərdən çəkindirməyə səy göstərir.Şairin fikrincə, desək,xoş niyyət həmişə insanların vicdanının keşiyində dayanır.Xoş niyyət və xoş fikir hər zaman insanı pis əməllərdən,yabançı meyillərdən və hərəkətlərdən çəkindirir,onları düşünməyə,yaxşı və xoş niyyətli işlər görməyə sövq edir.
Biz Xalidə xanım haqqında,onun yaradıcılıq məziyyətləri haqqında qismən də olsa öz fikirləmizi demiş,imkan daxilində bəzi poetik nümunələrini incələmiş və müəyyən qədər aydınlıq gətirmişik.Ancaq Xalidə Hicran elə böyük bir şəxsiyyət,elə yaradıcılıq üslubuna malik dərin düşüncəli mütəfəkkir bir şairdir ki, onun haqqında nəyisə asanlıqla demək,nəyisə deyib sona çatdırmaq düşüncəsinə gəlmək özünə hörmət edən şəxs üçün o qədər də asan deyil.Mən də belə düşünürəm və hesab edirəm ki,Xalidə xanım haqqında,onun yaradıcılıq məziyyətləri haqqında nə qədər yazsaq yenə azdır.Mən inanıram və tam əminliklə deyirəm ki,bu gün onun əməyin,zəhmətinə,hər iki sənətinə,istər bədii yaradıcılığı olsun və istərsə də təsviri sənətinə qiymət verilməməsinə baxmayaraq,gələcək nəsillər, öz xalqının,millətinin,vətəninin,torpağının,taleyinə biganə olmayan qüvvələr sabah ona sahib çıxacaqlar.Bunu ona görə deyirəm və təkrar-təkrar vurğulayıram ki, Xalidə Hicran çox böyük şairdir və gələcək tarix bugünkü dövrün sənətkarı kimi ondan məmnunluq duyacaq.Burda bir haşiyəyə çıxmaq istəyirəm. Uzun illər öncə mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə (1965) qəbul imtahanları verərkən filologiya elmlər doktoru professor Cəlal Abdullayev və professor Fərhad Zeynalov ədəbiyyat fənindən mənə “4” qiymət vermək istəyirdilər.Onların fikirlərinin qəti olduğunu görüb qəflətən imtahan vərəqini götürüb dəhlizə çıxdım.Qışqır-bağır saldım,şüvən qopardım,”Mən oxumaq istəyirəm,mənim pulum,dayım yoxdur,amma oxumaq istəyirəm.” Onda sovet dövrü idi.Dərhal məni dövrəyə aldılar.İmtahan komisiyyasının məsul katibi Qasım Manayev (sonralar bildim ki, o hüquq elmləri doktoru professor idi.) qoluma girib dedi ki,a bala sakit danış görüm nə istəyirsən?Dayı nədi? Pul nədi? Vəziyyəti ona danışdım.Qasım müəllim qoluma girib məni imtahan otağına apardı.İçəri girən kimi dedi: “Bu nədi ,uşaqlaqrı kəsirsiniz?Burda nə baş verir?”
Fərhad müəllim başa saldı ki,məni kəsməyiblər “4” verirlər,istəmirəm.
-O “Beş” istəyir,Qasım müəllim,özünüz də bilirsiniz ki…
Qasım müəllim mənə tərəf çevrildi:
– A bala,daha nə istəyirsən ki?- İmtahan vərəqinə baxıb sonra əlavə etdi- Səndə hamısı “5”-dir.”3”alsan da keçirsən.
Mən çəkinmədən düz onun qarşısında dayandım:
-Mən öz halal qiymətimi istəyirəm,-dedim- istəyirsiniz burdakı biletlərin (o zaman test üsulu yox idi) hamısını bir-bir çəkib danışım?
Onlar bir-birinin üzünə baxdılar.Qasım müəllim gülə-gülə dedi:
– Yəni bu “5” sənin üçün belə maraqlıdır? Onsuz da qəbul olmusan.
– Bəli , – deyə mən qətiyyətlə dilləndim.-Mən bu “5” üçün onbir ildir əziyyət çəkirəm.Xahiş edirəm icazə verin bilet çəkib danışım.
– Yaxşı,buyur,deyə imtahan komissiyasının məsul katibi stolun üstünə səpələnmiş biletləri göstərdi. – Çək danış…
Mən fikirləşmədən əlimi biletə apardım.Bayaqdan bəri ayaq üstə duran Qasım müəllim oturub diqqətlə qulaq asdı.Üç bilet çəkib fikirləşmədən danışdım,verilən sualları ətraflı izah etdim.Qasım müəllim onların üzünə baxıb başını buladı.
-Belə də yox da… kişinin”5”-ni verin getsin.-Sonra Qasım müəllim mənə tərəf çevrilib əlimi sıxdı:
-Səni ürəkdən təbrik edirəm.Artıq sən jurnalistika fakultəsinin birinci kurs tələbəsisən.Ancaq sənə bir sualım var.Ona cavab versən,daha heç sənə sözüm yoxdur
-Buyurun, – deyə mən təmkinlə onun üzünə baxdım.- Nə sualnız var,verin,mən hazıram.
Qasım müəllim professorların diqqətlə üzünə baxıb dedi:
-Sənin fikrincə,Şekspir böyük dramturqdur, yoxsa Hüseyn Cavid?…
-Əlbəttə,Hüseyn Cavid!- deyə mən inamla və qətiyyətlə cavab verdim.- Əgər Hüseyn Cavid hardasa dünyanın gözündən uzaq bir əyalətdə yox,Avropanın mərkəzində,İngiltərədə doğulsaydı və ingilis dilində yazsaydı Vilim Şekspirdən də məşhur dramaturq olardı.Daha pantürküst damğası vurub Sibirə göndərməz və rus atlarının ayaqları altında öldürməzdilər.
-Yaxşı,yaxşı-deyə Cəlal müəllim tələsik imtahan vərəqinə “5” yazıb ayağa durdu:
-Gedə bilərsən.
Mən heç nəyin fərqinə varmadan imtahan vərəqini alıb sevinclə otaqdan çıxdım.Qapını örtəndə onlar hələ də hərəkətsiz halda dayanıb mənim ardımca baxırdılar…
Ardı var…