image-qanunla-reklam
image-prezident_171120_31

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir

image-lady-day-az

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir

 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğladan azad etmək uğrunda həyata keçirdiyi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır.

Xudafərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzühürü olaraq öz mənəvi dəyərini qoruyub saxlayıb. Bu körpü Azərbaycanın orta əsrlər dövrü inşaatçılıq-mühəndislik sənətinin ən gözəl nümunələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır. Azərbaycanın memarlıq sənətində olduqca qədim və əzəmətli abidələr haqqında tarixi qaynaqlarda çoxsaylı məlumatlar əks olunsa da, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Əsas tarixi qənaət ondan ibarətdir ki, 15 aşırımlı körpü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilmişdir. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilmişdir. Tarix boyu Xudafərin körpüsü Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynamışdır. Eyni zamanda Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən əsas vasitələrdən biri olub. 30 illik erməni əsirliyində olan Xudafərin körpüləri siyasi, iqtisadi zərərləri ilə yanaşı xalqımızın qəlbində böyük mənəvi yaralara da yol açmışdır. Xudafərin körpüsü bütün Azərbaycanın birlik, bütövlük simvolu olduğunu dünyaya bəyan edir.

 

Ehtiram OsmanovZərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki