image-qanunla-reklam
image-polis-emeliyyat

Bakıda 5 min manat oğurlayan əcnəbi saxlanıldı

image-lady-day-az

Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin 5 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki