image-qanunla-reklam
image-1537419309520652703_1000x669

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir

image-lady-day-az

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir.

Enerji təhlükəsizliyi müasir dövrdə hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsi olmuşdur. Dünyada olan hazırkı mühüm geosiyasi vəziyyətlər bunu bir daha sübuta yetirməkdədir. Artıq  iki ildən çoxdur  ki, Azərbaycan təbii qazı Avropa bazarlarına göndərilir. Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi qitə üzrə demək olar ki, ən böyük infrastruktur layihələrindən biri olaraq mövcuddur. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan hər zaman qürur hissi duyur. Ölkəmizin hər bir layihəni daima uğurlu sonluqla başa çatdırması onun malik olduğu imkanların dünyaya təqdimatıdır.

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına olan töhfələri göz qabağındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycan nəinki, öz enerji təhlükəsizliyini tam təmin edir, həmçinin bir çox digər ölkələrin və Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin etməkdədir.

Bu günlərdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu bütün enerji layihələrinin uğurla başa çatması ölkəmizin əməkdaşlığa önəm verməsindən irəli gəlir.  Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində ölkəmizin enerji sektorunda qazandığı uğurların təhlili fonunda bu mühüm məqamı böyük əminliklə qeyd etdi ki,  Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu hər zaman yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – sadaladığımız bütün bu istiqamətlərdə müsbət məcrada inkişaf davam etdirilir.

Prezident İlham Əliyev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bu sözləri söyləmişdir: «Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır» söyləyərək onu da qeyd etmişdir ki,   əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Dövlət başçısı bu məqama da xüsusi diqqət yönəltdi ki, bir neçə gün bundan əvvəl yenə də  növbəti dostluq təzahürünün şahidi olduq.  Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsini dəstəklədilər: «Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.»

 

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı       


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki