image-qanunla-reklam
image-172828111_774560326521191_3656890716928165726_n

Ağdaş rayonunun Ağzıbir kəndində Şəhidin xatirəsi əbədiləşdirildi-FOTOLAR

image-lady-day-az
12 aprel 2021-ci il tarixdə rayonun Ağzıbir kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Söyxan Eldəniz oğlu İbrahimxəlilovun adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, gənclər və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ətraf kəndlərdən gələn fəallar, şəhidin doğmaları, birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Dövlət bayraqları ilə bəzədilmiş xatirə bulağının açılışında şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, ruhuna dualar oxunmuşdur.
Çıxışlarda Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən bəhs olunub.
Sonda xatirə lövhəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub.
Qeyd edək ki, şəhid Söyxan İbrahimxəlilov 2001-ci ildə Ağzıbir kəndində anadan olub, 2020-ci ildə kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Bir açıq Havada şəkili ola bilər
Bir 3 nəfər, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər
Bir 6 nəfər, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər
Bir 2 nəfər, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər
Bir 4 nəfər, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər
Bir 2 nəfər, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər
Bir şar və açıq Havada şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki