image-qanunla-reklam
image-78573683169400801771614321110366991

44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub

image-lady-day-az

44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub.

44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına,  öz missiyamızı başa vurmalıyıq.

Azərbaycan bu il Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində hərbi paradın keçirilməsi ilə bir daha tarixi ədalətə əsaslanan siyasətinin uğurlarını, hərbi gücünü nümayiş etdirdi. Sentyabrın 19-20 tarixlərində Silahlı Qüvvələrimizin keçirdikləri bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə – 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidən bu mesajı ünvanladı: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik.

 

Həqiqət Həziyeva

Saatlı rayon MKS-nin direktor v.m.i.e.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki