“Fevralın 22-si tarixə Azərbaycan və Rusiyanın münasibətlərinin yeni mərhələsi kimi daxil olacaq”.
“Qanunla.az” Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin tviter səhifəsində paylaşım edilib.
“22.02.2022 tarixi Rusiya və Azərbaycanın tarixinə ölkələrimiz arasında münasibətlərin yeni mərhələsi kimi daxil olacaq! #mütəffiq – bu sözü yadda saxlayın: Artıq biz müttəfiqik!”, – paylaşımda deyilir.
Xatırladaq ki, fevralın 22-si Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Müttəfiqlik haqqında Bəyannamə imzalayıblar. Sənəd əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 40-dan çox bənddən ibarətdir.