image-qanunla-reklam
image-1672378475_opiwnnmel8aceumx36z3sshq5md0bzaa

“Paşinyan Putinə ultimatum verib” – Erməni KİV

image-lady-day-az

“Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə keçib. Hakimiyyətin aşağı təbəqəsi Laçın dəhlizindəki səbəbləri Rusiya Federasiyası və Rusiya sülhməramlılarının üzərinə atır”. 

“Qanunla.az” xəbər verir ki,  bu barədə “Hraparak” qəzeti məlumat dərc edib.

Nəşr bildirir ki, Ermənistan Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasında buna münasibət bildirib.

“Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Qarabağ sülhməramlı qüvvələrinə əlavə BMT mandatı verilməsi və ya əlavə çoxmillətli hərbi qüvvə göndərilməsi məsələsini qaldırmalıdır”.

“Hraparak” qəzeti yazır ki, hər iki halda Rusiya tərəfinin cavabı gecikməyib.

“Münaqişənin iki tərəfi arasında razılıq olarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Söhbət təkcə Ermənistandan deyil, həm də Azərbaycandan gedir”, – Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.

Həmçinin,  qəzet bunu 2020-ci illə müqayisə edib.

“Siyasi dairələr bu gərginlikdən narahatdırlar, belə bir vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud idi. Yeri gəlmişkən, bəzi hökumət mənbələri Paşinyanın Putinə ultimatum verdiyini iddia edir: ya Laçına yol açır, ya da Ermənistan KTMT və Aİİ-dən çıxır. Lakin mənbələrimiz bildirir ki, Makron Paşinyana KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib. Çünki o, Ermənistanın qarantı rolunu üzərinə götürə bilməyəcəyini etiraf edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki