Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına kömək etməkdə davam edəcək.
Qanunla.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirmək niyyətindədir. Kreml Laçın yolundakı vəziyyətdən də narahatdır. Laçın yolu ətrafında yaranmış gərginliyə görə Rusiya tərəfi həm İrəvan, həm də Bakı ilə öz işini və səylərini davam etdirəcək”, – o vurğulayıb.
Peskov Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsi ideyası ilə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatını da şərh edib. Kreml sözçüsünə görə, hər şeydən öncə Azərbaycan buna razı olmalıdır.