image-qanunla-reklam
image-a-woman-sans-head-covering-at-the-tajrish-bazaar-in-tehran-jan-28-2023-arash-khamooshi-the-new-york-times

İranda hicabla bağlı sərt addımlar – 150-dən çox obyekt…

image-lady-day-az

İran polisi son sutkada hicab taxmaq qaydalarına əməl etmədiyi üçün 150-dən çox obyektin fəaliyyətini dayandırıb.

Bu barədə “Tasnim” agentliyi İran polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, polis 137 mağazanı, o cümlədən 18 restoranı bağlamalı olub.

Hüquq-mühafizə orqanları hicab qaydaları ilə bağlı avtomobil sürücülərinə də xəbərdarlıq edib. Sürücülərə bildirilib ki, əgər sərnişin geyim qaydalarını pozarsa, onlarla mesajla xəbərdarlıq göndəriləcək, qayda pozuntusunun təkrarlanması halında avtomobili əlindən alınacaq.

İranın polis rəisi Əhməd-Reza Radan keçən həftə açıqlayıb ki, ölkədə hicab taxmayanlar müşahidə kameraları və üz tanıma texnologiyası kimi “ağıllı” avadanlıqlardan istifadə edilməklə müəyyən ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki