“Barselona” futbolçusu Osman Dembele ilə müqavilənin müddətini uzadacaq.

“Qanunla.az” xəbər verir ki, Kataloniya təmsilçisi fransalı vingerlə 2 illik sözləşmə imzalayacaq. Dembele dünən axşam Barselona şəhərinə gəlib. Onunla bu gün yeni müqavilə imzalanacaq.

Xatırladaq ki, Dembele 2017-ci ildən “Barselona”da çıxış edir.