image-qanunla-reklam
image-1662355204_ararat-mirzoyan

“Azərbaycan prezidenti görüşlərdən imtina etdiyi andan…” – Mirzoyan

image-lady-day-az

Biz sülh sazişinin bəzi maddələri üzrə irəliləyişə nail ola bildik, lakin fundamental məsələlərlə bağlı hələ də nəzərəçarpacaq nəticələr yoxdur.

Qanunla.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, danışıqlar davm edir: “Bundan əlavə, məsələn, Tehranda 3+3 formatında, əslində 3+2 formatında nazirlərin görüşü çərçivəsində qeyri-rəsmi təmaslarımız olub. Maraqlıdır ki, Azərbaycan prezidenti Qranadadan başlayaraq görüşlərdən imtina etdiyi andan, xarici işlər nazirlərinin görüşləri də dayanıb. Buna baxmayaraq, 2024-cü ildə xarici işlər nazirləri səviyyəsində görüşlər Münhendə, daha sonra Berlində bərpa olundu”.

Xatırladaq ki, ötən ilin oktyabrında Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki