Zəmanətli və etibarlı əməkdaşlıq
Azərbaycan özünün praqmatik və qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunda əməkdaşlığı ən mühüm şərtlərdən biri kimi önə çəkir. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etiabarlı tərəfdaş qismində şöhrət qazanıb. Bütün dövlətlər və təşkilatlar, iqtisadi strukturlar Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını irəli sürürlər.
Xüsusilə, son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır – cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanısa da, diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr isə çoxşaxəli və dinamikdir. Siyasi dialoqun qurulması enerji və iqtisadi əlaqələrin də inkişafına mühüm təsirlər göstərib.
Hər iki ölkə arasında inkişafın ən mühüm göstəricilərindən biri 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiolmuşdur. Qeyd edək ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək və bu da öz növbəsində ölkə iqtisadiyyatına böyük dəstəkdir. Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Prezident cənab İlham Əliyev dünyada baş verən qlobal proseslər barədə ətraflı söhbət açaraq bildirmişdir ki, “Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün – bir qədər sonra biz çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik.”
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir
Hər bir ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, maliyyə təminatı ilə bağlıdır. Bu cəhətdən Azərbaycanın vəziyyəti nikbinlik üçün əsas verir. Respublikamız dünyanın bir sıra ölkələrində ciddi fəsadlarla nəticələnən qlobal böhran illərində belə yüksək sosial-iqtisadi göstəricilərə nail olub. Bu isə, ilk növbədə, ölkəmizdə cənab Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin və dünyadakı yeni çağırışlara əsasən müəyyənləşdirilən prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi ilə bağlıdır. Belə ki, son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycanın bütün sahələrdə nail olduğu dinamik inkişaf göstəriciləri ölkə iqtisadiyyatının maliyyə təminatının yaxşılaşmasında özünü daha qabarıq şəkildə büruzə verir. Sevindirici haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən sərmayələrin həcmi ilbəil genişlənir.
Azərbaycanda son illərdə ardıcıl olaraq investisiya qoyuluşunun genişlənməsi və bu müsbət tendensiyanın qlobal risklər şəraitində cari ilin birinci yarısında da davam etməsi ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində formalaşan əlverişli investisiya mühitinin nəticəsidir. Möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici məkana çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər sayəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb.
Əlamətdar haldır ki, iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Bu sırada Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrin adını çəkmək mümkündür. Azərbaycanda müxtəlif Avropa ölkələrinə məxsus 1000-dən çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqının 20 ölkəsi arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 10-dan çox ölkə ilə isə hökumətlərarası komissiya yaradılıb. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Bu da günü-gündən inkişaf edən iqtisadiyyatımızın əsas göstəricisidir.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycanın bərpaolunan enerji gündəliyitəkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır
Müstəqilliyini bərpa etdikdən sonra qlobal iqtisadi sistemə uğurla inteqrasiya olunan Azərbaycan da müasir dövrün çağırışlarına uyğun olaraq öz iqtisadiyyatını innovativ əsaslar üzərində qurur.
Azərbaycanda bərpa olunan enerji mövzusu getdikcə aktuallaşır. Təbii resurslarla zəngin olan ölkəmiz qlobal iqlim dəyişikliklərini önləmək, habelə insanların sağlam həyat şəraitini təmin etmək üçün yaşıl enerjiyə keçid strategiyasını ortaya qoyub.
Bu gün Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirilir.
Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, onların ümumi gücü 270 meqavata çatdırılacaq. İki-üç ildən sonra hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə yeni və mühüm bir töhfə olacaqdır. Yaşıl enerji istehsalı layihələrində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan mühüm rol oynayır. Bu ərazilər yaşıl enerji zonası elan olunub və yaxın illərdə bərpa olunan enerji resurslarının istehsalı üçün sərmayələrin əhəmiyyətli hissəsi də məhz bu regionlara qoyulacaq. Qlobal enerji resursları bazarında Azərbaycanın müstəsna mövqeyi gələcəkdə ənənəvi enerji növləri ilə yanaşı yaşıl enerji növlərinin də Avropa bazarlarına çıxarılması dünya enerji bazarında Azərbaycanın əhəmiyyətini dəfələrlə artıracaq. Bu məqsədlə Azərbaycan lazımi potensialı yaratmaq üçün tərəfdaşlarla, dünyanın müxtəlif ölkələrindən olan bir çox şirkətlərlə yaxın əməkdaşlıq edir. Avropa Birliyi ilə keçən ilin dekabrında Xəzər-Avropa İttifaqı enerji dəhlizinin yaradılmasını özündə ehtiva edən müqavilə imzalanmışdır ki, bu istiqamətdə fəal işlər gedir. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Bütün bunlar Azərbaycan tərəfindən müasir dövrün tələblərini nəzərə alan və qloballaşma dövrünün çağırışlarına adekvat cavab verməyə hazır olan yeni enerji strategiyasının tətbiq olunduğunu göstərir.
Çinarə Pirməmmədova- Zərdab rayon Məmmədqasımlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Ölkəmizin iqtisadiyyatı çox sabitdir
Son 20 ildə müstəqil Azərbaycan bütün dünyada təqdir olunan nümunəvi idarəçilik modeli yaradıb. Ölkəmiz istisnasız olaraq bütün sahələrdə uğurla inkişaf edib, yeni nailiyyətlərə imza atıb. Hazırda respublikamız narahat dünyada sabitlik və inkişaf adası kimi fərqlənir. Qazanılan uğurların əsas memarı isə bəhs olunan dövrdə respublikamıza idarəçiliyi böyük məharətlə həyata keçirən cənab Prezident İlham Əliyevdir. Xatırladaq ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək Onu dövlət başçısı görmək istəyini ifadə edib. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələrdə müqayisəyəgəlməz tərəqqiyə nail olunub. Belə ki, son 20 ildə xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib və müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib.
Son 20 ildə Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Ötən illərin təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb.Cənab Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb. Bütövlükdə, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatların əhatə dairəsi kifayət qədər genişdir. Həyata keçirilən belə məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, son 20 il ərzində respublikamızda ümumi daxili məhsul istehsalında dörd dəfə artım müşahidə edilib. Eləcə də büdcə gəlirlərimiz 30 dəfədən çox artıb. Xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib.
Bu rəqəmlər ölkəmizin iqtisadi müstəqilliyin təmin olunması yolunda necə böyük uğurlar əldə olunduğunu bir daha təsdiqləyir. Uğurlu inkişaf sayəsində Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi ölkəmizin böyük uğurudur. Azərbaycan dünyaya iqtisadi cəhətdən güclü, müstəqil siyasi qərarlar verən, milli maraqlarını qətiyyətlə qoruyan dövlət modeli təqdim edir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri