image-qanunla-reklam
image-1647703336_1646142415_dmitri-medvedyev

“Zelenskinin məhv edilməsindən başqa seçim qalmadı” – Medvedev

image-lady-day-az

“Kiyev rejimi Rusiya prezidentinin Kremldəki iqamətgahına pilotsuz təyyarələrlə hava zərbəsi endirməyə cəhd edib”, – Kremlin Mətbuat Mərkəzindən bildirilib. Blinken verdiyi açıqlama ilə bağlı sualı cavablandırarkən, “Hər hansı şəkildə yoxlaya bilmədiyimiz üçün bu məlumatı heç bir şəkildə təsdiq edə bilmərəm” deyib.Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremlə hücumuna cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu bildirib.

Qanunla.Az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında yazıb.

“Bugünkü terror aktından sonra Zelenski və onun kabinetinin fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, – o qeyd edib.

Xatırladaq ki, Rusiya dünən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki