image-qanunla-reklam
image-bez-nazvaniya

Yaşıl enerji

image-lady-day-az

Yaşıl enerji

Hazırda “yaşıl iqtisadiyyat”a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artacaq. Öz siyasətini dünya trendlərinə uyğun quran Azərbaycan da son illərdə bu istiqamətdə bir sıra önəmli addımlar atıb. Məlumdur ki, indiyədək respublikamız ənənəvi resurslardan – neft və qazdan istifadə etməklə özünün enerji müstəqilliyini yüksək səviyyədə təmin edib. Azərbaycanın qısa müddətdə elektrik enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi qürurverici haldır.Azərbaycan, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Belə ki, respublikamızda enerji müstəqilliyinin bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bu istiqamətdə praktiki müstəvidə zəruri tədbirlər görülür.Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. Qeyd edək ki, indiyədək Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlarla ölkəmizdə bərpa olunan enerji mənbələrindən səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar yaradan möhkəm hüquqi baza formalaşdırılıb. Azərbaycan bərpa olunan enerji sektorunun inkişafını özünün perspektivlə bağlı əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Məlum olduğu kimi, dövlət başçısının 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Azərbaycan “yaşıl enerji”yə “yaşıl işıq” yandırarkən, ilk növbədə, ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Hesablamalara görə, Azərbaycan illik 800 meqavata yaxın külək enerjisi ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kilovat-saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir. Respublikamızda digər mənbələr üzrə də “yaşıl enerji” istehsalı potensialı kifayət qədər böyükdür. İndiyədək respublikamızda alternativ və bərpa olunan enerji sektorunda bir sıra təşəbbüslər uğurla reallaşdırılıb. Son vaxtlarda respublikamızın müvafiq qurumları ilə xarici şirkətlər arasında imzalanan yeni müqavilələrin icrası ölkə üzrə bərpa olunan enerji mənbələrindən “yaşıl enerji” istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Belə müqavilələrdən biri 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. Bu şirkətlər bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına cəlb olunublar. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək, “Masdar” şirkəti isə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələrin icrasına cəlb olunublar. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Toğrul Abulov– Zərdab Gənclər evi SXM-in metodisti.

 

 

Antiterror əməliyyatı

Azərbaycanda Antiterror əməliyyatı Sentyabrın 19-u günün birinci yarısında başladı. Hərbi əməliyat zamanı Yerevan Azərbaycanı Qarabağda “etnik təmizləmə” aparmaqda ittiham etsə də, Bakı bu ittihamları rədd edib. Prezident İlham Əliyev bildirib ki, əməliyyat zamanı yalnız hərbi infrastruktur hədəfə alınıb.

Sonuncu Qarabağ əməliyyatlarından sonra rəsmi Bakı etnik ermənilərin təhlkəsizliyinə zəmanət versə də  Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağda erməni sakinlər üçün təhlükəli vəziyyətin olmadığını desə də, yerli əhalinin çoxu oranı tərk etməyə üstünlük verib. Antiterror əməmiyyatı zamanı Qarabağda dördü polis əməkdaşı, ikisi mülki şəxs olmaqla altı nəfər Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində həlak olduqdan sonra Azərbaycan bunu “terror aktı” adlandıraraq elə həmin gün hərbi əməliyyatlara başlayıb. Azərbaycan sentyabrın 19-20-də Qarabağda aparılan “antiterror əməliyyatları”nda 192 hərbçisi şəhid olmuşdur. 500-dən çox yaralı var idi. 24 saat çəkən “antiterror əməliyyatları” Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırılıb. Daha  sonra Qarabağdakı erməni birləşmələrinə məxsus olduğu deyilən silah-sursat və hərbi texnikanın təhvil verilməsinə başlanılıb.Sosial şəbəkələrdə Azərbaycan ordusunun Xocalı, Ağdərə, Xocavənd ərazilərinə Azərbaycan bayrağını sancmasını göstərən video görüntülər yayılıb. Beləliklə, Ali Baş Komandan İlham Əliyev və Azərvaycan ordusu bir daha da  sübut etdi ki, Qarabağ Azərbaycandır!

Toğrul Abulov– Zərdab Gənclər evi SXM-in metodisti.

 

 

Dəmir yumruq bizim zəfər salnaməmizin rəmzidir.

Artıq üçüncü ildir ki, cənab Prezident bütöv Azərbaycanın Müzəffər Ali Baş Komandanı kimi qalib xalqa ilin nailiyyət yekunundan danışırdı. Elə müraciətə başlayarkən suverenliyimizin tam bərpasının məhz 2023-cü il ərzində reallaşdığını diqqətə çatdıran İlham Əliyev cəmi birgünlük antiterror əməliyyatı ilə işğalçıların ərazimizdən çıxarılması prosesini böyük uğur kimi ön plana çəkərək bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Müzəffər sərkərdə ordumuzun zəfərindən danışarkən separatçı və revanşist qüvvələrin ərazilərimizə hərbi baza toplamasının Ermənistanı sülh yolundan uzaqlaşdırdığını və antiterror əməliyyatının qaçınılmaz olduğunu nəzərə çatdırdı. Cənab Prezident ordumuzun cəmi birgünlük əməliyyatı ilə qələbəmizi əbədi zəfərə daşımasını dilə gətirsə də, qələbənin əsas hissəsinin onun diplomatik cəbhədə böyük strateq nümunəsi sərgiləməsi və bunun qələbənin əsas sirrini təşkil etdiyini bütün Azərbaycan xalqı yaxşı bilir. Müraciətdə əzmli qələbəmizdən sonra dünyada yaşayan hər bir azərbaycanlının fəxarət hissi ilə yaşadığını vurğulayan Prezident İlham Əliyev öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını hansı qətiyyətlə müdafiə etdiyini bir daha göstərdi. Öz xalqı ilə vəhdətdə olan liderin qeyd etdiyi “Ermənistana havadarlıq edən, onlara dəstək olan bir sıra qərb ölkələrinin ikili mövqeyinin iradəmizi heç bir halda sarsıda bilməməsi, haqq yolumuzdan döndərə bilməməsi” fikri anti-azərbaycan qüvvələrə və qərbə böyük mesaj idi.

Prezident cənab İlham Əliyev müraciətdə Böyük Qayıdış – Qarabağ və Şərqi Zəngəzur mövzusuna da toxunaraq həmvətənlərimizin öz doğma torpaqlarına geri qayıtması ilə müxtəlif yaşayış məskənlərində artıq həyatın bərpa edildiyini də nəzərə çatdırdı. Qarabağda qısa zamanda yenidən qurulan kəndlər və şəhərlər, ümumilikdə buranın böyük tikinti meydançasına çevrilməsi Azərbaycanın iqtisadi inkişafının maddi əsaslarının möhləmliyinin göstəricisidir. Prezidentin qeyd etdiyi geniş bərpa işləri ilə bağlı göstəricilər dövlətimizin sülhə, əmin amanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu, bütün dünyaya bəyan etdi. Ölkəmizin artan beynəlxalq nüfuzuna toxunan dövlət başçısı bu il COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən dəstəklənmiş qərarın beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutunu ortaya qoyduğunu da diqətə çatdırdı.

Zərdab Gənclər evi Dərnək rəhbəri-Sevil Məmmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki