Müdafiə Nazirliyi dəvətimizi qəbul etdi.
Zərdab rayon M.Əzizbəyov adına Dəkkəoba kənd tam orta məktəbimində vərənpərvərlik mövzusu hər zaman diqqət mərkəzində olmuşdur. 44 gün davam edən Vətən müharibəsindəki şanlı Zəfərimiz, qəhrəmanlarımızın şücaəti, ordumuzun rəşadəti şagirdlərimizə geniş şəkildə təbliğ olunması onların gələcəkdə vətənpərvər bir şəxs kimi yetişmələrinə istiqamətlənmişdir.
Bu yöndə artıq ənənə halını almış, silsilə tədbirlərimizdən biri də “Qəhrəmanlarımızı unutmuruq və unutdurmuruq” layihəsidir. Layihə çərçivəsində şagirdlərimiz Vətənimizin, torpaqlarımızın bütövlüyü uğunda qəhrəmanlıq göstərən oğullarımız haqqında ətraflı məlumat toplayır, təqdimatını hazırlayırlar. Öz təqdimatını XüsusinTəyinatlı Qüvvələrin komandanı, Vətən müharibəsi qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevə həsr etmiş VI sinif şagirdi Məmmədov Aqil qəhrəmana məktub ünvanlayaraq onu məktəbimizə dəvət etmişdir. Şadirdimizin dəvətini sevinclə qəbul edən komandan iki nəfər xüsusi təyinatlı əsgərini Aqillə və onun sinif yoldaşları ilə görüşə göndərmişdir. Qəhrəman döyüşçülərimizlə görüş kollektivimizə, şagirdlərimizə böyük sevinc, qürur, fəxr hissi yaşatmışdır.
Görüşdə çıxış edən döyüşçülərimiz şagirdlərə gələcək həyatlarında, təhsillərində uğurlar arzulamış, onlar üçün gətirdikləri hədiyyələri təqdim etmişlər.
Layihənin belə uğurlu gedişatı üçün layihə rəhbəri Şəfaqət müəlliməyə öz kollektivimiz adından minnətdarlığımızı bildiririk.
Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini Mayisə Xəlilova













