image-qanunla-reklam
image-img-20240223-wa0137

Xocalı soyqırımı unudulmaz bir faciədir

image-lady-day-az

Xocalı soyqırımı unudulmaz bir faciədir

Bu şəhərin adı eşidiləndə 1992-ci il fevralın 26-sı faciəsindən xəbərdar olan hər kəsin qəlbində dözülməz ağrılar baş qaldırır.​1991-ci ilin oktyabrından Xocalı şəhəri erməni qəsbkarları tərəfindən mühasirədə idi. Eyni zamanda şəhər mütəmadi olaraq erməni silahlı qüvvələrinin iriçaplı silah və texnikaları tərəfindən hər gün atəşə məruz qalırdı. Şəhərə elektrik verilmirdi, sonuncu sərnişin vertolyotu Xocalıya yanvarın 28-dən uçmuşdu. Hava məlumatı Şuşa üzərində vertolyot vurulandan sonra kəsilmişdi.Bu, ağrı və dərdlə dolmuş ac və soyuq günlər idi. Bu, dəhşətli günlər idi. 25-dən 26-na keçən gecə haqda söz söyləmək indi də, baxmayaraq faciənin üstündən 32 il keçir olduqca çətindir.Fevralın 25-i gecə keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının hərbi texnikası şəhərin ətrafında döyüş mövqelərinə gətirildilər. İki saat ərzində tank, BTR və “Alazan” sistemli texnikalardan atışma getdi. Bundan sonra erməni silahlı qüvvələrinin bölmələri Xocalını ələ keçirdilər.Qadın, uşaq və yaşlıları xilas etək üçün kişilər Əsgəran istiqamətinə yolandılar. Belə ki, qalan üç tərəf ermənilər tərəfindən mühasirəyə alınmışdı. Onlar əldən düşmüş, soyuqdan donmuş halda son qüvvələri ilə addımlayırdılar. Onlar öz ölümlərinə doğru gedirdilər. Silahsız xocalılara qarşı atəş açıldı. Demək olar ki, onların hamısı insanlığa sığmayan işgəncələr və vəhşiliklərlə Əsgəran-Naxçıvanik çökəkliyində həlak oldular. Sakinlərdən kiçik bir hissə cəlladların əlindən qurtara bildi ki, onların da çoxunu dağlarda don vurdu.Onu da qeyd etməliyik ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008- ci ildən keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.
Görülən məqsədyönlü diplomatik tədbirlər nəticəsində
Xocalı soyqırımı dünyanın 17 ölkəsi, habelə, ABŞ- ın 30- a yaxın ştatı tərəfindən tanınmış və bu qətliama beynəlxalq siyasi qiymət verilmişdir.
Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib.
Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Nicat İsmayılov

YAP Yasamal rayonu “Akim Abbasov küç.73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki