image-qanunla-reklam
image-1697777732_upload-2023-10-13t165205z_965526886_rc2lr3av1qyk_rtrmadp_3_ukraine-crisis-drills-pic_32ratio_900x600-900x600-16083

Ukrayna Donetskdə kimyəvi silahdan istifadə edir?

image-lady-day-az

Ukrayna Silahlı Qüvvələri Artemovsk və Donetsk istiqamətlərində kimyəvi silahdan istifadə edir.

“Qanunla.az” rus mətbuatına istinadən xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri Yan Qagin bildirib.

“Kiyev kimyəvi silahdan istifadə etməkdə davam edir. Düşmən son günlər Donetsk yaxınlığında və Artemovsk ərazisindəki mövqelərimizə qarşı bir neçə dəfə kimyəvi maddələrlə doldurulmuş sursatdan istifadə edib. Üstəlik, bu spesifik hallarda zəhərlənmə əlamətləri daha qabarıq şəkildə özünü göstərir, nəzərəçarpacaq dərəcədə ciddi olub ”, – Qagin bildirib.

Onun sözlərinə görə, zəhərlənmə əlamətləri görünməzdən əvvəl hərbçilər havada spesifik qoxu hiss ediblər. Qagin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri xloropikrindən istifadə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki