Səudiyyə Ərəbistanında keçirilən bodibildinq üzrə dünya çempionatında Sumqayıt idmançıları uğurla çıxış ediblər.
“Qanunla.az” xəbər verir ki, 23 yaşa qədər kateqoriyada çıxış edən Əhməd Quliyev qızıl medala layiq görülüb.
İdmançımız böyüklər arasında 33 iştirakçının yer aldığı “Semipro Mens Physique” kateqoriyasında da qalib gələrək 2 qat dünya çempionu olub.
Sumqayıtlı idmançı bu uğuru ilə Azərbaycanda bodibildinq üzrə bir ilkə imza atıb.
Digər 22 yaşlı təmsilçimiz Tərlan Əliyev Junior Men’s Phsyqiue kateqotiyasında gümüş medal qazanıb.
Onu da bildirək ki, Tərlan Əliyev bu ilin mayında İspaniyada keçirilən Avropa çempionatında da uğurla çıxış edib.
Belə ki, təmsilçimiz həm Men’s Phsyqiue, həm Junior Men’s Phsyqiue kateqoriyalarında bütün rəqiblərindən üstün olaraq çempion adını qazanıb.
Əhməd Quliyev isə adı çəkilən yarışda Junior Men’s Phsyqiue kateqoriyasında gümüş, Men’s Phsyqiue kateqoriyasında isə bürünc medal qazanıb.
İdmançılarımız qazandığı bu uğuru şəxsi məşqçiləri Sumqayıt Bodibildinq və Fitnes Federadiyasının prezidenti Rəşad Xudaverdiyevə uzun illər ərzində göstərdiyi dəstəyə və zəhmətə borclu olduğunu bildirib.
Hər iki idmançı qeyd edib ki, Rəşad müəllimin peşəkar yanaşması, dəstəyi və səbrli zəhməti onun bu səviyyəyə çatmasında əsas rol oynayıb.
Bu uğur həm də Azərbaycan idmanının inkişafında gənc idmançıların rolunu bir daha nümayiş etdirir və gənclərə gözəl nümunədir.
Orxan Rasifoğlu































