image-qanunla-reklam
image-1681032766-1681026093_16773147511675419906_1000x669

Sülhməramlıların 27 maşını aksiya yerindən keçdi

image-lady-day-az

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Qanunla.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 3 minik və 10 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. Bundan əvvəl isə 1 minik maşını Laçın, 2 yük avtomobili isə əks istiqamətinə keçib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 27-yə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki