İsveçrədə Ukrayna ilə bağlı konfrans sülhə nail olmayacaq, çünki Rusiya orada yoxdur.
Qanunla.Az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Biz İsveçrənin sülhə nail olmaq səylərini həmişə yüksək qiymətləndirmişik və indi də edirik. Düzünü desəm, sülh konfransı o zaman öz məqsədinə nail ola bilər ki, hər iki müharibə edən tərəf masa arxasında əyləşsin”, – Siyarto bildirib.