image-qanunla-reklam
image-1657602023_9ae34053-6b6d-3954-82e1-21f89eae427e_850

Şri-Lanka parlamenti bu tarixdə yeni prezident seçəcək

image-lady-day-az

Şri-Lanka parlamenti Qotabaya Rajapaksanın istefasından sonra gələn həftə yeni prezidenti seçəcək.

“Qanunla.az” xəbər verir  ki, parlamentin spikeri Yapa Abeyvardena parlamentin iyulun 15-də çağırılacağını, iyulun 20-də isə yeni prezidentin seçiləcəyini açıqlayıb.

Şri-Lanka parlamentinin saytında dərc olunan yazıda konstitusiyaya görə, ölkə prezidenti istefa verərsə, bir ay ərzində yeni dövlət başçısı, üstəlik, parlamentin özü tərəfindən seçilməlidir. Bu vəzifəyə birdən çox namizəd irəli sürülürsə, parlament gizli səsvermə keçirir və bundan sonra üç gün ərzində yeni prezidentin adı açıqlanmalıdır.

Qeyd edək ki, Şri-Lanka 1948-ci ildən, ölkənin Böyük Britaniyadan müstəqillik əldə etdiyi vaxtdan bəri ən ciddi iqtisadi böhranı yaşayır. May ayının ortalarında Şri Lankanı ciddi siyasi böhran bürüyüb.

Eyni zamanda, Şri-Lanka prezidentinin böyük qardaşı Mahindra Rajapaksa ölkənin baş naziri vəzifəsindən istefa verib.

İyulun 9-da baş nazir çoxpartiyalı hökumət qurmaq imkanı olması üçün istefaya getməyə hazır olduğunu bəyan edib.

Həmin gün nümayişçilərin izdihamı hökumət başçısının şəxsi iqamətgahına soxularaq onu yandırıb, eləcə də avtomobillərinə ziyan vurub. Şri-Lankanın paytaxtı Kolomboda iyulun 9-da keçirilən kütləvi etirazlar zamanı 103 nəfər yaralanıb .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki