Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırmıram.
Qanunla.Az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.
“Şoltsun kiminlə danışıb-danışmayacağı öz işidir. Mənim Putinlə danışmaq planım yoxdur”, – o bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Almaniya kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu.