Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda “London Mall” ticarət-əyləncə kompleksinə partlayıcı yerləşdirdiyini deyən şəxsi saxlayıb.

Qanunla.Az  xəbər verir ki,  bu barədə “Fontanka” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, saxlanılan şəxs partlayıcıları dəqiq hara qoyduğunu açıqlamayıb. Hazırda binaya partlayıcı maddələr üzrə ekspertlər tərəfindən baxış keçirilir.