Qanunla.Az xəbər verir ki, deputat Elnur Allahverdiyev bu barədə Facebook səhifəsində paylaşıb:
Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətimizin Estoniya paytaxtı Tallində ilk görüşü yerli parlament – Riigikoqunun spikeri Yüri Ratas ilə keçirildi. Cənab Ratas Azərbaycanın Estoniya üçün dost ölkə olduğunu qeyd edərək aramızdakı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi. Estoniya parlamentinin sədrinin sözlərinə görə, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Estoniyanın şirkətləri hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak etmək istəyirlər.
Estoniya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri 2021-ci ilin noyabrında işğaldan azad edilmiş Ağdamda olub, ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüblər. Eyni zamanda, dostluq qrupu Xocalı soyqırımı və Vətən müharibəsinin ildönümü ilə bağlı xüsisi bəyanatla çıxış edib. Milli Məclisin sədri Sahibə Qafarova bütün bunların Azərbaycanda məmnunluqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirdi.
Estoniya səfərimiz davam edir.

























